Elmi cavab | Niyə limon çayın rəngini açır?

Elmi cavab | Niyə limon çayın rəngini açır?
  17 Oktyabr 2013    Oxunub:4765
Biz çay içməyi sevən xalqıq. Xüsusilə də limonla. Və hər birimiz dəfələrlə görmüşük ki, limon çayın rəngini açır. Niyə belə olur?
Yaxşı dəmlənmiş qara çaya al qırmızı rəngi verən onun tərkibindəki tearubiqinlərdir. Təxminən 10000 maddənin daxil olduğu bu qrup yarım əsrdir ki, öyrənilir. Amma onların molekullarının quruluşu hələ də tam aydın deyil.

Tearubiqinlər çay yarpaqlarının fermentasiyası vaxtı əmələ gəlir. Quru çayın tərkibinin 7- 20%-i bu maddələrdən ibarətdir.

Kimyəvi nöqteyi-nəzərdən onlar zəif turşulardır. Suda onların molekulları hidrogen ionlarını itirir. Bu ionların itirilməsi tearubiqinlərin molekulunun strukturunun dəyişməsinə gətirib çıxarır. Onlar işığın göy-yaşıl spektrdə olan dalğalarını udmağa başlayırlar. Nəticədə çay qırmızı-narıncı çalar almağa başlayır.

Amma çaya daha güclü turşu – məsələn, limon turşusu,- əlavə olunanda hidrogen ionlarının konsentrasiyası artır və onların hesabına tearubiqin molekullarının bütünlüyü qorunur. Və çayın rəngi açılır.

Turşuluğun dərəcəsi təzədən azalasa, məsələn, çaya soda əlavə olunsa, kimyəvi tarazlıq o biri tərəfə dəyişir və onun rəngi yenə də tündləşir. Əvvəllər qatarlarda bələdçilər quru çayı az işlətmək üçün bu metoddan istifadə edərmişlər.

Amma nəzərdə tutmaq lazımdır ki, rənglə bu cür manipulyasiyalar çayın tərkibindəki bioloji aktiv maddələrin miqdarına təsir göstərmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti